AzEcoConsultingAzEcoConsulting
Ana səhifəHaqqımızdaXidmətlər
— Biznes plan və TİƏ— Bazar araşdırması— Şirkət qeydiyyatı— Məsləhət xidmətləri— Partnyor axtarışı və B2B görüşlər— Korporativ təlimlər— Quantrix
BloqƏlaqə
AZRUEN
Pulsuz məsləhət
Biznes plan və TİƏ

Biznes plan və TİƏ hazırlanması

Banklar, investorlar və dövlət dəstək proqramları üçün beynəlxalq standartlara uyğun biznes planlar və texniki-iqtisadi əsaslandırmalar. 1997-ci ildən 600-dən çox layihə.

Ümumi məlumat

Yeni biznes qurmaq, mövcud biznesi genişləndirmək və ya investisiya cəlb etmək istəyirsiniz? Bu qərarların hər birinin təməlində keyfiyyətli biznes plan dayanır. AzEcoConsulting 1997-ci ildən bəri 600-dən çox biznes plan və texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlayıb.

Hazırladığımız sənədlər bankların, investorların, dövlət qurumlarının və beynəlxalq maliyyə təşkilatlarının tələblərinə cavab verir. Hər layihəyə fərdi yanaşırıq: sənədin strukturunu və əsas vurğularını onu kimin oxuyacağına görə müəyyənləşdiririk.

Xidmətə nələr daxildir?

  • Texniki-iqtisadi əsaslandırma (TİƏ): layihənin maliyyə səmərəliliyinin hesablanması, texniki həllin təsviri və risklərin qiymətləndirilməsi.
  • Bank krediti üçün biznes plan: Azərbaycan banklarının kredit müraciətlərinə qoyduğu tələblərə uyğun sənəd.
  • İnvestor üçün biznes plan: aydın, inandırıcı və investorun gözlədiyi suallara cavab verən sənəd.
  • Dövlət dəstək proqramları üçün biznes plan: KOB-lara dəstək proqramlarının və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) tələblərinə uyğun hazırlıq.
  • Maliyyə modelləşdirməsi və proqnozlaşdırma: mənfəət-zərər hesabatı (P&L), zərərsizlik nöqtəsi (break-even point) və pul axını (cash flow) təhlili.
  • Bazara giriş strategiyaları: həm Azərbaycan, həm də xarici bazarlara çıxış strategiyasının hazırlanması.

Biznes planın hazırlanma mərhələləri

İlkin görüş

Layihənizlə tanış olur, biznes planın məqsədini, tələbləri və gözləntiləri dəqiqləşdiririk.

Bazar araşdırması və məlumatların toplanması

Bazar, rəqiblər, qiymətlər və xərclər üzrə lazımi məlumatları toplayır və yoxlayırıq.

Maliyyə modelinin qurulması

Gəlir, xərc və investisiya proqnozlarını hesablayır, pul axınını və zərərsizlik nöqtəsini müəyyənləşdiririk.

Biznes planın yazılması

Bütün bölmələri sənədin təqdim ediləcəyi təşkilatın tələblərinə uyğun tərtib edirik.

Təqdimat və müzakirə

Sənədin ilkin variantını sizə təqdim edir, qeyd və təkliflərinizi nəzərə alırıq.

Yekun sənəd

Son redaktədən keçmiş biznes planı və maliyyə modelini sizə təhvil veririk.

Biznes planın qiyməti

Biznes planın hazırlanmasının qiyməti 1000 AZN-dən başlayır.

Yekun qiymət layihənin həcmindən və mürəkkəbliyindən asılıdır. Qiymətə təsir edən əsas amillər bunlardır:

  • Biznes planın məqsədi: bank krediti, investor, dövlət dəstək proqramı və ya daxili planlaşdırma.
  • Biznes planın hazırlanması üçün lazım olan məlumatların mövcudluğu.
  • Biznes planın təqdim ediləcəyi təşkilatın tələbləri (əgər varsa).
  • Şirkətin fəaliyyət sahəsi və layihənin miqyası.

İlkin görüşdən sonra layihəniz üçün dəqiq qiyməti və icra müddətini bildiririk. İlkin məsləhət pulsuzdur.

Faydalı rəsmi sənədlər

Biznes plan hazırlayarkən aşağıdakı rəsmi tələb və tövsiyələri nəzərə alırıq. Sənədlərlə birbaşa mənbədən tanış ola bilərsiniz:

Tez-tez verilən suallar

Biznes planın hazırlanması nə qədər vaxt aparır?

Layihənin mürəkkəbliyindən asılı olaraq adətən 1–4 həftə çəkir. Dəqiq müddəti ilkin görüşdə razılaşdırırıq.

Biznes planın qiyməti nə qədərdir?

Biznes planın hazırlanmasının qiyməti 1000 AZN-dən başlayır. Yekun qiymət planın məqsədindən, məlumatların mövcudluğundan, sənədin təqdim ediləcəyi təşkilatın tələblərindən və fəaliyyət sahəsindən asılıdır.

Biznes plan bankın tələblərinə uyğun olacaqmı?

Bəli. Sənədi Azərbaycan banklarının və dövlət dəstək proqramlarının aktual tələblərinə uyğun hazırlayırıq.

Maliyyə modeli də daxildirmi?

Bəli. Mənfəət-zərər hesabatı (P&L), zərərsizlik nöqtəsi (break-even point), pul axını (cash flow) və proqnozlar daxil olmaqla tam maliyyə modeli təqdim edirik.

Pulsuz ilkin məsləhət

Biznes ideyanızı reallaşdırmaq istəyirsiniz?

Pulsuz ilkin məsləhət üçün müraciət göndərin. Ekspertlərimiz layihənizlə tanış olacaq və sizə ən uyğun həll yolunu təklif edəcək.

Fayl əlavə edinPDF, Word, Excel, PowerPoint və ya şəkil · 5 MB-a qədər

* — mütləq doldurulmalı xanalar